Mingəçevirdə “Kürü keçək?!" açıq suda üzmə yarışı keçirilib
- 02 sentyabr, 2023
- 09:13
Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Smart Scoring”in dəstəyi ilə “Kürü keçək?!" açıq suda üzmə yarışı keçirilib.
“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, layihə ikinci dəfə Kür sahilində reallaşıb.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, nazirlik və federasiya rəsmiləri iştirak ediblər.
Kür çayının iki sahili arasında, 300 metr məsafədə təşkil olunan yarışda Azərbaycanın bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı şəxslər mübarizə aparıblar.
Qeyd edək ki, 2022-ci ildə eyniadlı layihədə müxtəlif yaşlarda təxminən 300-ə yaxın peşəkar və həvəskar üzgüçü iştirak edib.