Məşhur tennisçi İspaniya millisinin çempionluq gecəsində iştirak edəcək

Fərdi
  • 15 iyul, 2024
  • 06:37
Məşhur tennisçi İspaniya millisinin çempionluq gecəsində iştirak edəcək

Məşhur tennisçi Karlos Alkaras AVRO-2024-ün qalibi olan İspaniya millisinin çempionluq gecəsində iştirak edəcək.

"Report"un "Marca"ya istinadən məlumatına görə, şənlik bu gün axşam Madriddə baş tutacaq.

İspaniyalı tennisçi ötən gün "Uimbldon" turnirinin finalında serbiyalı Novak Cokoviç üzərində qələbə nəticəsində qazandığı çempionluğu da qeyd edəcək.

Qeyd edək ki, İspaniya yığması AVRO-2024-ün finalında İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Son xəbərlər

Bütün Xəbər Lenti