Mayk Tayson karyerasını davam etdirmək niyyətindədir
Fərdi
- 16 noyabr, 2024
- 07:44
Tanınmış bloqer Ceyk Pola məğlub olan dünya boksunun əfsanəsi Mayk Tayson karyerasını davam etdirmək niyyətindədir.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Dəmir Mayk” məğlubiyyətdən sonra karyerasını bitirməyi planlaşdırmadığını açıqlayıb.
Sabiq mütləq dünya çempionu 27 yaşlı rəqibi ilə döyüşün onun üçün sonuncu olmadığını vurğulayıb:
"Belə olmasına təəccüblənmədim. Heç kimə heç nə sübut etməyə çalışmadım. Sadəcə, döyüşü keçirə bildiyimə görə şadam. Pol yaxşı idmançıdır. Bu, karyeranın sonu deməkdir? Vəziyyətdən asılıdır. Düşünmürəm ki, bu, mənim son döyüşümdür".
Qeyd edək ki, Mayk Tayson ABŞ-nin Arlinqton şəhərindəki AT&T arenada keçirilən 8 raunddan ibarət döyüşdə rəqibinə hakimlərin yekdil qərarı ilə məğlub olub - 73:79.
Son xəbərlər
14:49
Azərbaycan gimnastı: Dünya Kubokunda medalsız qalmamaq üçün çox risk etmədim
Fərdi14:45
İranda etiraz edən tələbələrin 27-si öldürülüb
Region14:28
Lvovdakı terroru törədən şəxs saxlanılıb
Digər ölkələr14:14
Foto
Dünya Kuboku: Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medal qazanıb
Fərdi13:50
Sibiqa: Rusiya Ukraynanı atəşə tutmaqla diplomatiyanı baltalayır
Digər ölkələr13:34
Selcan Mahsudova: "Dünya Kubokunda medal qazanmaq motivasiyamı artıracaq"
Fərdi13:30
"Reuters": İran və ABŞ arasında martın əvvəlində saziş imzalana bilər
Region13:11
Zelenski: Moskva diplomatiyanı deyil, zərbələri üstün tutur
Digər ölkələr13:01