ABŞ-ın peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson verilişə yarıyuxulu gedib.
"Report" xəbər verir ki, 54 yaşlı idmançı Britaniya telekanalının canlı efirində müsahibə verərkən az qala yuxulayıb.
Dörd çəki dərəcəsində sabiq dünya çempionu Roy Consla döyüşə hazırlığından danışan Taysonun qəribə davranışları əvvəlcə pərəstişkarlarını və sosial media istifadəçilərini narahat etsə də, sonradan onun səhhətində hər hansı problem olmadığı üzə çıxıb. Boksçunun müsahibə zamanı ağır nəfəs alması və kifayət qədər qeyri-müəyyən danışmasının onun yuxulu olmasından qaynaqlandığı məlum olub.
Qeyd edək ki, Mayk Taysonla Roy Cons arasında görüş noyabrın 28-də keçiriləcək.