Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq-da yer alan idmançı yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən Stadnik finala adlamaqla, ən azı gümüş medalı təmin edib.
57 kq-da çıxış edən Əliabbas Rzazadə isə təsəlliverici görüşdə seneqallı Omar Fayeni "tuşe" ilə məğlub edərək, bürünc medal görüşünə vəsiqə qazanıb.
Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 59 kq-da çıxış edən idmançı IV turda türkiyəli Elmas Çelikə "tuşe" ilə qalib gəlib.
O, dairəvi sistem üzrə 3 qələbəylə ikinci yeri tutub.
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev finala yüksəlməklə, ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (74) və Abubakr Abakarov (86) finala adlayıblar.
Azərbaycanın sərbəst güləşçiləri Turan Bayramov və Abubakr Abakarov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıblar.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 74 kq-da çıxış edən Bayramov yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gəlib. 86 kq-da yer alan Abakarov isə finala gedən yolda türkiyəli Osman Göçeni 7:6 hesabı ilə məğlub edib. Hər iki güləşçi ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, daha əvvəl taekvondoçulardan Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) yarımfinala çıxmaqla, ən azı bürünc medalı ediblər.