Bakı. 28 aprel. REPORT.AZ/ “Report” İnformasiya Agentliyi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının günlük təqviminin dərcini davam etdirir.
Altıncı yarış günündə həndbol, voleybol, tennis, boks, bədii gimnastika və idman gimnastikası, üzgüçülük, su polosu, cüdo, karate, ağırlıqqaldırma və atıcılıq üzrə yarışlar keçiriləcək.
14 may (bazar)
İdman Gimnastikası
Kişilər
Turnik, dəstəli at, dayaqla tullanma (təsnifat mərhələsi)
Qadınlar
Gimnastika tiri və sərbəst hərəkətlər (təsnifat mərhələsi)
Milli Gimnastika Arenası
Qeyd edək ki, oyunlar 09:00 – 12:30 aralığında keçiriləcək.
Atıcılıq
Kişilər
Səngər stendi, qarışıq komanda halında 10m pnevmatik tüfəng, 25m tapança ilə sürətli atəş (təsnifat mərhələsi və final mərhələsi)
Qadınlar
25m tapança ilə atəş (final mərhələsi)
Bakı Atıcılıq Mərkəzi Biletlər
Qeyd edək ki, oyunlar 09:00 – 19:15 aralığında keçiriləcək.
Üzgüçülük
Kişilər
200m sərbəst, 200m brass, 100m arxa üstə, 200m fərdi kompleks (təsnifat, yarımfinal və final mərhələsi, )
Qadınlar
50m batterflyay (delfin), 100m sərbəst, 4 ✕ 200m sərbəst estafet (təsnifat mərhələsi)
Bakı Su İdmanı Mərkəzi
Qeyd edək ki, oyunlar 10:00 – 19:45 aralığında keçiriləcək.
Cüdo
Kişilər
1/16, 1/8, 1/4, yarımfinal və final mərhələsi
Qadınlar
1/16, 1/8, 1/4, yarımfinal və final mərhələsi
Paracüdo
1/16, 1/8, 1/4 final mərhələsi
Heydər Əliyev adına İdman Arenası
Qeyd edək ki, oyunlar 10:00 – 21:00 aralığında keçiriləcək.
Tennis
Kişilər
Komanda yarışı
Qadınlar
Komanda yarışı
Bakı Tennis Akademiyası Biletlər
Qeyd edək ki, oyunlar 10:00 – 19:00 aralığında keçiriləcək.
Voleybol
Kişilər
Seçmə mərhələ
Mərakeş - Əlcəzair
İran - Qətər
Bakı Kristal Zalı 1
Qeyd edək ki, oyunlar 10:00 – 15:00 aralığında keçiriləcək.
Qadınlar
Seçmə mərhələ
Tacikistan – Kamerun
Azərbaycan - Türkiyə
Bakı Kristal Zalı 1
Qeyd edək ki, oyunlar 19:00 – 00:00 aralığında keçiriləcək.
Karate
Kişilər
Kata və kumite (3-cq təsnifat, təsəlliverici, 1/4 final, yarımfinal, final)
Qadınlar
Kata və kumite (3-cq təsnifat, təsəlliverici, 1/4 final, yarımfinal)
Bakı İdman Zalı
Qeyd edək ki, oyunlar 10:00 – 21:00 aralığında keçiriləcək.
Həndbol
Kişilər
Bürünc medal uğrunda oyun, final
Qadınlar
Bürünc medal uğrunda oyun, final
Sərhədçi İdman Kompleksi
Qeyd edək ki, oyunlar 11:15 – 20:30 aralığında keçiriləcək.
Boks
Kişilər
1/16 və 1/8 final
Bakı Kristal Zalı 2
Qeyd edək ki, oyunlar 12:00 – 21:00 aralığında keçiriləcək.
Ağırlıqqaldırma
Kişilər
Qrup yarışları
Qadınlar
Qrup yarışları
Ağır Atletika Arenası
Qeyd edək ki, oyunlar 12:00 – 18:00 aralığında keçiriləcək.
Su polosu
Kişilər
Dairəvi sistem üzrə oyunlar
Səudiyyə Ərəbistanı – İran
İndoneziya - Azərbaycan
Voterpol Arenası
Qeyd edək ki, oyunlar 16:30 – 19:00 aralığında keçiriləcək.
Bədii gimnastika
Qadınlar
Top, halqa, gürzələr, lent (final mərhələsi)
Milli Gimnastika Arenası
Qeyd edək ki, oyunlar 18:30 – 21:15 aralığında keçiriləcək.