Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.
Fərdi
23 Sentyabr , 2023 18:03
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

“Report”un məlumatına görə, 81 kq çəki dərəcəsində Zelim Tçkayev final görüşünü qələbə ilə başa vurub.

O, həlledici qarşılaşmada Avstriya təmsilçisi Şamil Borçaşviliyə qalib gəlib.

Z.Tçkayevə qədər Hidayət Heydərov (73 kq) Böyük Dəbilqənin qızıl medalını qazanıb.

Qeyd edək ki, ötən gün kişilər arasında Yaşar Nəcəfov (66 kq) qızıl, qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medala yiyələniblər.

17:04

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

“Report”un məlumatına görə, 26 yaşlı idmançı finalda moldovalı Pyotr Pelivanı məğlub edib.

Rəqibinə “ippon”la qalib gələn H.Heydərov karyerasında 5-ci dəfə Böyük Dəbilqəni qazanıb.

Son xəbərlər

Orphus sistemi