Hasan Arat: "Hər kəs Bakıdakı Avropa Oyunlarını nümunə göstərir"

Hasan Arat: "Hər kəs Bakıdakı Avropa Oyunlarını nümunə göstərir" "Sizi hər zaman yanımızda hiss etdik"
Fərdi
8 İyun , 2023 17:46
Hasan Arat: Hər kəs Bakıdakı Avropa Oyunlarını nümunə göstərir

"Hər kəs Bakıdakı Avropa Oyunlarını nümunə göstərir".

"Report"un məlumatına görə, bunu Avropa Oyunları Koordinasiya Komitəsinin sədri, Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin üzvü Hasan Arat jurnalistlərə açıqlamasında deyib.

Funksioner yarışın ilk dəfə məhz 2015-ci ildə məhz Azərbaycanda keçirildiyini xatırladıb: "Ölkəniz Avropaya önəmli mesajlar verib. 10 gün sonra Polşada III Avropa Oyunları təşkil olunacaq. Bu turnirlərin davamlı olmasını istəyirik. 2015-ci ildən sonra Azərbaycandakı bütün yarışlar mükəmməl səviyyədə gerçəkləşib. Azərbaycan bizim qürurumuzdur və mənim məmləkətimdir. Bura türklərin ana yurdudur. Biz tək millətik. Azərbaycanın uğuru məni çox qürurlandırır. Burada olmaq bizim üçün xoşdur".

Hasan Arat Azərbaycanın hər zaman ölkəsinə dəstək olduğunu da söyləyib: "Türkiyədə prezident seçkiləri keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyəyə gəlmişdilər. Hər zaman yanımızda oldular. Zəlzələdən sonra da azərbaycanlı qardaşlarımız bizə dəstəyini əsirgəmədilər. Hər şeydən əvvəl ölkəm adına başda İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına təşəkkür edirəm. Sizi hər zaman yanımızda hiss etdik. Bu, bizə böyük güc verdi".

Son xəbərlər

Orphus sistemi