Gender testindən keçə bilməyən Lin Yutin boks üzrə olimpiya çempionu olub

Gender testindən keçə bilməyən Lin Yutin boks üzrə olimpiya çempionu olub Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Tayvan təmsilçisi Lin Yutin 57 kq çəki dərəcəsində qadınlar arasında keçirilən boks üzrə turnirin qalibi olub.
Fərdi
11 Avqust , 2024 03:15
Gender testindən keçə bilməyən Lin Yutin boks üzrə olimpiya çempionu olub

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Tayvan təmsilçisi Lin Yutin 57 kq çəki dərəcəsində qadınlar arasında keçirilən boks üzrə turnirin qalibi olub.

“Report” xəbər verir ki, final görüşündə Lin Yutin yekdil qərarla Polşa təmsilçisi Culiya Şeremetanı məğlub edib.

Lin Yutin və əlcəzairli İman Xelif gender testlərindən keçə bilmədiyi üçün 2023-cü il dünya çempionatından diskvalifikasiya ediliblər.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qadın idmançıların 2024-cü il Oyunlarında iştirakına icazə verməsi idman ictimaiyyətində geniş rezonans doğurub. Qadın idmançılar üzərində gender testləri keçirən və onların diskvalifikasiyası ilə bağlı qərar qəbul edən Beynəlxalq Boks Assosiasiyası qadın idmançıların qanında kişi və qadın karyotiplərinin olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi