Fransada yarış zamanı atdan yerə tullanan idmançı diskvalifikasiya edilib

Fransada yarış zamanı atdan yerə tullanan idmançı diskvalifikasiya edilib Fransanın paytaxtı Parisdə yerləşən “Champ de Mars” cıdır meydançasında keçirilən yarış zamanı atdan yerə tullanan Alvinyo Roy diskvalifikasiya edilib.
Fərdi
22 Avqust , 2024 16:28
Fransada yarış zamanı atdan yerə tullanan idmançı diskvalifikasiya edilib

Fransanın paytaxtı Parisdə yerləşən “Champ de Mars” cıdır meydançasında keçirilən yarış zamanı atdan yerə tullanan Alvinyo Roy diskvalifikasiya edilib.

“Report” “Mirror”a istinadən xəbər verir ki, onun hərəkətlərinin videogörüntüləri izlənildikdən sonra idmandan 5 il müddətinə uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib.

Xüsusi təyinatlı atı ilə lider mövqeyində irəliləyərkən qəfil yerə tullanan idmançının hərəkətləri bir sıra şübhələrə yol açıb və araşdırmalar aparılıb.

Jokey açıqlamasında yüngül üzəngilərdən istifadə etdiyi üçün atı yola tərəf yönəltmək istəyərkən ayağı sürüşdüyünü və tarazlığını saxlaya bilməyib yıxıldığını desə də, onun izahatları qəbul edilməyib.

Nəticədə yalan ifadələr söyləməkdə ittiham olunan idmançı günahkar bilinib və beş il müddətinə diskvalifikasiya edilib.

Son xəbərlər

Orphus sistemi