Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib

Futbol
  • 07 noyabr, 2026
  • 22:08
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında məktəblilər arasında futbol turniri təşkil olunub.

"Report"un məlumatına görə, turnirin keçirilməsində əsas məqsəd məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin təşviqi, eləcə də şagirdlərdə birlik, həmrəylik və komanda ruhunun gücləndirilməsidir.

Turnir çərçivəsində məktəblilər futbol üzrə öz bacarıq və imkanlarını nümayiş etdirib, komanda şəklində mübarizə apararaq idman ruhunda rəqabət aparıblar.

Qeyd edək ki, Zəfər Günü münasibətilə təşkil olunan bu kimi idman tədbirləri gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə, sağlam həyat tərzinin təşviqinə və məktəblilər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.