FIDE: Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməyib, Teymur Rəcəbov irəliləyib

Fərdi
  • 01 sentyabr, 2024
  • 07:48
FIDE: Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməyib, Teymur Rəcəbov irəliləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun (2733 xal) mövqeyi dəyişməyib. O, hazırda 17-ci pillədə qərarlaşıb.

İki sıra irəliləyən Teymur Rəcəbov (2700) 31-ci, Rauf Məmmədov (2637 xal) 100-cüdür.

Siyahıya norveçli Maqnus Karlsen (2832) başçılıq edir. ABŞ şahmatçısı Hikaru Nakamura (2802) ikinci, bu ölkənin digər qrossmeysteri Fabiano Karuana (2798) üçüncüdür.

Qadınlardan iki pillə geriləyən Günay Məmmədzadə (2433) 33-cü pillədə qərarlaşıb. On sıra itirən Gövhər Beydullayeva (2395) 53-cü, iki mövqe geriləyən Xanım Balacayeva (2384) 62-cidir. Ülviyyə Fətəliyeva (2369) isə 4 sıra irəliləməklə 68-ci yerdə qərarlaşıb.

Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. İkinci pillədə Venyun Yu (Çin, 2563), üçüncü sırada Tan Zonqyi (Çin, 2551) yer alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti