FIDE İddiaçılar Turnirini təxirə saldı

FIDE İddiaçılar Turnirini təxirə saldı Şahmat üzrə İddiaçılar Turnirinin bərpası 2021-ci ilin yazınadək təxirə salınıb.
Fərdi
19 Oktyabr , 2020 00:04
FIDE İddiaçılar Turnirini təxirə saldı

Şahmat üzrə İddiaçılar Turnirinin bərpası 2021-ci ilin yazınadək təxirə salınıb.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) qərar qəbul edib. Əsas səbəb kimi oyunçuların pandemiyanın ikinci dalğasından doğan narahatlıq göstərilib.

FIDE səyahət və yaşayış üçün xüsusi şərait təşkil etməyə hazır olub. Bura çarter reysləri, yüksək səviyyəli hotel və təcridolma da daxil edilib. Lakin iştirakçıların heç də hamısından yarışda iştirak üçün razılıq alınmayıb.

FIDE müvafiq milli prosedurlara tam əməl olunduqdan sonra daxili qaydalarına əsaslanaraq, turnirin yeri və tarixinə dair qərara gələcək.

Qeyd edək ki, İddiaçılar Turniri 8 şahmatçının iştirakı ilə martın 17-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürüb. Yarışda iştirak etməli olan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov koronavirus epidemiyası səbəbindən geri çəkilib. Onu əvəzləyən fransalı Maksim Vaşye-Laqrav 7 turdan sonra yarımçıq dayandırılan yarışda rusiyalı Yan Nepomnyaşi ilə birlikdə hərəyə 4,5 xalla liderdir.

Son xəbərlər

Orphus sistemi