FIDE azərbaycanlı hakimi xüsusi mükafata layiq görüb

FIDE azərbaycanlı hakimi xüsusi mükafata layiq görüb Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadası günlərində Beynəlxalq Şahmat Federasiyasının təşkil etdiyi qala gecədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, uzun illər mötəbər şahmat yarışlarında hakim kimi çalışan Faiq Həsənov x
Fərdi
20 Sentyabr , 2024 11:37
FIDE azərbaycanlı hakimi xüsusi mükafata layiq görüb

Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadası günlərində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkil etdiyi qala gecədə Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, uzun illər mötəbər yarışlarda hakim kimi çalışan Faiq Həsənov xüsusi mükafata layiq görülüb.

"Report" AŞF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə FIDE prezidenti Arkadi Dvorkoviç və bu qurumun vitse-prezidenti, AŞF-nin prezidenti Mahir Məmmədov çıxış ediblər.

AŞF rəhbəri çıxışında ali şahmat qurumunun yaradıcılarını xatırladıb:

“FIDE-nin tarixində ilk 100 illik möhtəşəm anlar, dahi şəxsiyyətlər və unudulmaz matçlarla yadda qaldı. Buna görə biz FIDE-nin yaradıcılarına minnətdar olmalıyıq”.

Sonra FIDE şahmat tarixində böyük xidmətləri olan şahmatçı, məşqçi və digər nominasiyalar üzrə mükafatları təqdim edib.

FIDE-nin rəsmi saytı F.Həsənovun uğurları barədə bunları qeyd edib:

“Azərbaycan şahmatının patriarxı Faiq Həsənov dünyanın güclü şahmat ölkələrindən olan Azərbaycanda bu növün inkişafında böyük xidmətlər göstərib. 1980-ci ildə beynəlxalq dərəcəli hakim adını qazanıb. O olimpiada, Dünya Kuboku, Qran-pri, yeniyetmələr arasında və komandaların dünya çempionatında baş hakim, Se Çzyun - Syuzan Polqar arasındakı matçda isə baş hakimin müavini kimi çalışıb. 1975-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti kimi ölkəsində şahmatın inkişafı naminə fəaliyyət göstərir. O? həmçinin 55 il Azərbaycan Televiziyasında yayımlanan “Şahmat klubu” həftəlik verilişinin aparıcısı kimi tanınıb”.

Son xəbərlər

Orphus sistemi