"Ferrari" komandasının fransalı pilotu Şarl Lekler "Formula 1" üzrə Əbu-Dabi Qran-prisinə 10 mövqe geridən başlayacaq.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, pilotun cəzalandırılmasının səbəbi mövsüm ərzində mühərrikin üçüncü akkumulyatorundan istifadə etməsi olub.
"Formula 1"də qaydalar yalnız iki akkumlyatordan istifadəyə icazə verir. Monakolu sürücü mövsümün final mərhələsinin birinci sıralama turunda 1 dəqiqə 24,321 saniyə göstərici ilə qalib gəlib. Lakin elementin dəyişdirilməsi səbəbindən o, tutduğu mövqeni itirəcək.
Qeyd edək ki, "McLaren" komandasından Lando Norris birinci sıralama turunda ikinci, "Mercedes" pilotu Lyuis Hemilton isə üçüncü olub. Hazırda "Ferrari" 619 xalla Konstruktorlar Kubokunda ikincidir və lider "McLaren" komandasından 21 xal geri qalır.