Fərid Qayıbovun sədr müavini olduğu qurum COP10-a hazırlaşmaq üçün sənədlər hazırlayır

Fərid Qayıbovun sədr müavini olduğu qurum COP10-a hazırlaşmaq üçün sənədlər hazırlayır Gənclər və idman naziri Fərid Qayıbovun sədr müavini olduğu İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) Bürosu COP10-a hazırlaşmaq üçün sənədlər hazırlayır.
Fərdi
6 Mart , 2024 11:38
Fərid Qayıbovun sədr müavini olduğu qurum COP10-a hazırlaşmaq üçün sənədlər hazırlayır

Gənclər və idman naziri Fərid Qayıbovun sədr müavini olduğu İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) Bürosu COP10-a hazırlaşmaq üçün sənədlər hazırlayır.

“Report” xəbər verir ki, bu barədə nazir COP9-un Bakıda təşkil olunan birinci rəsmi görüşündən sonra jurnalistlərə açıqlamasında məlumat verib.

Fərid Qayıbov bildirib ki, YUNESKO-da dopinqə qarşı mübarizə haqqında beynəlxalq konvensiyaya qoşulmuş ölkələrin iki ildən bir iclasları keçirilir: “Büronun 6 üzvü var, mən də seçilmişəm. İlk iclasımız onlayn baş tutmuşdu. Bu, ilk canlı toplantıdır. Ümumilikdə 7 iclas gerçəkləşməlidir”.

Qeyd edək ki, ötən ilin oktyabrında Fransanın paytaxtı Parisdə keçirilən İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransında gənclər və idman naziri Fərid Qayıbov yekdilliklə Büronun sədr müavini seçilib.

Son xəbərlər

Orphus sistemi