"Bizdə müsbət emosiyalar var. Şuşada ilk beynəlxalq turnir keçirildi. Azərbaycan Velesiped Federasiyasına, onların tərəfdaşlarına, yarışın təkşilində əməyi keçən hər kəsə və könüllülərə minnətdaram".
Bunu "Report"a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov “Əziz Şuşa” beynəlxalq velosiped turniri ilə bağlı danışarkən deyib.
O, yarış zamanı igid əsgərləri xatırladıqlarını bildirib: "Onlar Şuşaya çətin yolla qalxıblar. Allah şəhidlərimizə rəhmət etsin. Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyevlə danışmışıq. Düşünürəm ki, bu yarışı ənənəvi etmək olar".
Nazir "Şuşa" ili çərçivəsində müxtəlif layihələrin olduğunu söyləyib: "Artıq Qarabağda iki beynəlxalq turnir baş tutub. Biz bu ənənəni davam etdirmək niyyətindəyik. Nəinki Şuşada Qarabağın digər şəhərlərində də həm yerli, həm də beynəlxalq yarışlar keçiriləcək. Burada quruculuq işləri sürətlə davam edir. Yeni məkanlarımız hazır olanda turnirləri təşkil edəcəyik".