Fərid Qayıbov: "Mehriban Əliyevanın rəhbərliyi ilə gimnastikada böyük uğurlar əldə olunub"

Fərid Qayıbov: "Mehriban Əliyevanın rəhbərliyi ilə gimnastikada böyük uğurlar əldə olunub" "Mən Azərbaycan Gimnastika Federasiyasında böyümüşəm. Burada 19 il çalışmışam, mənim məktəbim olub. Bütün uğurlarım bu qurumla bağlıdır. Federasiya haqqında həm çox söz deyə bilərəm, həm də mənim üçün danışmaq çox çətindir".
Fərdi
23 Dekabr , 2022 19:26
Fərid Qayıbov: Mehriban Əliyevanın rəhbərliyi ilə gimnastikada böyük uğurlar əldə olunub

"Mən Azərbaycan Gimnastika Federasiyasında böyümüşəm. Burada 19 il çalışmışam, mənim məktəbim olub. Bütün uğurlarım bu qurumla bağlıdır. Federasiya haqqında həm çox söz deyə bilərəm, həm də mənim üçün danışmaq çox çətindir".

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, AGF-in prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə böyük uğurlar əldə olunub: "20 il ərzində gimnastikanın necə populyarlaşdığını hamınız bilirsiniz. Altay Həsənova təşəkkür edirəm. Uğurlarımızda onun da böyük əməyi olub. Ümumiyyətlə, federasiyanın bütün kollektivinə, məşqçilər heyətinə, gimnastika ailəsinə minnətdarlığımı bildirirəm".

Nazirin sözlərinə görə, 2022-ci il Azərbaycan idmanı üçün çox məhsuldar və yubileylərlə zəngin olub: "Milli Olimpiya Komitəsinin (MOK) 30, Prezident İlham Əliyevin MOK-a başçılıq etməsinin 25, Azərbaycan Gimnastika Federasiyasının isə 20 illiyi məhz bu ilə təsadüf etdi. 20 ildəki nailiyyətlər haqqında danışsaq, çox vaxt lazım olar. Milli Gimnastika Arenasının inşası da Azərbaycanın idman sahəsində apardığı uğurlu siyasətin nümunəsidir".

Nazir sonda qarşıdan gələn bayramlar - 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hamını təbrik edib.

Son xəbərlər

Orphus sistemi