Fərid Qayıbov: Hidayət Heydərov və Zelim Kotsoyevin sayəsində idmanımızda yeni tarix yazıldı

Fərid Qayıbov: Hidayət Heydərov və Zelim Kotsoyevin sayəsində idmanımızda yeni tarix yazıldı Cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyevin Olimpiya çempionu olmaları sayəsində idmanımızda yeni tarix yazıldı.
Fərdi
5 Avqust , 2024 10:21
Fərid Qayıbov: Hidayət Heydərov və Zelim Kotsoyevin sayəsində idmanımızda yeni tarix yazıldı

Cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) olimpiya çempionu olmaları sayəsində idmanımızda yeni tarix yazıldı.

"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı qeydində yazıb.

İdmançılarımızın Paris-2024-dəki çıxışına toxunan nazir cüdoçuların dünya və olimpiya çempionu olmalarını da böyük nailiyyət adlandırıb:

"Əsas məqsədi iştirak olan olimpiadada hər ölkənin idmançıları bayrağını yüksəltmək, himnini səsləndirmək üçün mübarizə aparır. Hidayətin və Zelimin son 2 ay ərzində dünya və olimpiya çempionu titulu qazanmaları böyük nailiyyətdir. Bu münasibətlə onları, Azərbaycan Cüdo Federasiyasını, ümumiyyətlə idman ictimaiyyətimizi təbrik edirəm. Daha bir uğur olimpiya oyunlarının cüdo proqramında Azərbaycanın Yaponiyadan sonra ikinci yeri tutmasıdır. Digər növlərdə idmançılarımız olimpiadada çıxışlarını davam etdirir, növbəti qələbələr üçün əzmlə mübarizə aparırlar".

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi