Fərid Qayıbov federasiyaların nümayəndələri ilə vacib məsələləri müzakirə edib

Fərid Qayıbov federasiyaların nümayəndələri ilə vacib məsələləri müzakirə edib Gənclər və idman naziri Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 9-cu görüşü keçirilib.
Fərdi
8 İyun , 2023 10:21
Fərid Qayıbov federasiyaların nümayəndələri ilə vacib məsələləri müzakirə edib

Gənclər və idman naziri Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 9-cu görüşü keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil olunan görüşdə əvvəlcə idman dərəcələrinə layiq görülmüş bir qrup idmançıya müvafiq nişan və vəsiqələr təqdim edilib.

Sonra F.Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, "Goal+" layihəsinin təqdimatı, idman sahəsində vergi güzəştləri və azadolmaları ilə bağlı məlumat verilib. Həmçinin, III Avropa Oyunlarına və XXXI Ümumdünya Yay Universiadasına hazırlıq məsələləri, Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatına hazırlıq və digər məsələlər müzakirə olunub.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi