Beynəlxalq Ağırlıqqaldırma Federasiyası prezidentini tamamilə kənarlaşdırdı

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası prezidentini tamamilə kənarlaşdırdı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsinin üzvlərinin əksəriyyəti qurumun prezidenti Tamaş Ayanın vəzifəsindən tamamilə uzaqlaşdırılmasının lehinə səs verib.
Fərdi
15 Aprel , 2020 16:40
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası prezidentini tamamilə kənarlaşdırdı
0 : 00
0 : 00

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsinin üzvlərinin əksəriyyəti qurumun prezidenti Tamaş Ayanın vəzifəsindən tamamilə uzaqlaşdırılmasının lehinə səs verib.

"Report"un məlumatına görə, bu barədə ARD telekanalı xəbər yayıb.

Bildirilib ki, səsvermə təşkilatın rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən amerikalı Ursula Papandreanın tələbi ilə keçirilib.

Nəticələrə dair yekun qərarın daha sonra təşkilatın ümumi yığıncağı zamanı təsdiqlənəcəyi qeyd olunub.

Xatırladaq ki, yanvarın əvvəlində ARD telekanalının efirində Tamaş Ayanın korrupsiya sxemləri yaratmaqda və dopinqə görə məhkum olunmuş idmançıların müdafiəsində ittiham olunduğu film yayımlanıb. Filmdə həmçinin bildirilir ki, IWF bir çox beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında idmançıların dopinq-testlərinin müsbət çıxan nəticələrini gizlətmək üçün səlahiyyətli şəxslərə rüşvət verib. Məhz bu qalmaqala görə T.Ayan 90 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi