Martin Bruin: "Bu cür veloyürüşdə hakimlik etmək böyük məsuliyyətdir"

Martin Bruin: "Bu cür veloyürüşdə hakimlik etmək böyük məsuliyyətdir" "Tour d`Azerbaidjan" tarixində yeni dövr başlayır. Bu yarışı sonuncu dəfə 5 il öncə keçirmişdik. Bizim üçün böyük məsuliyyətdir. Yarışa qoşulmaq üçün çox həyəcanlıyam".
Fərdi
8 İyul , 2022 11:21
Martin Bruin: Bu cür veloyürüşdə hakimlik etmək böyük məsuliyyətdir

"Tour d Azerbaidjan" tarixində yeni dövr başlayır. Bu yarışı sonuncu dəfə 5 il öncə keçirmişdik. Bizim üçün böyük məsuliyyətdir. Yarışa qoşulmaq üçün çox həyəcanlıyam".

"Report"un məlumatına görə, bunu hakimlər kollegiyasının üzvü Martin Bruin "Əziz Şuşa" beynəlxalq veloyürüşünə həsr olunmuş mətbuat konfransında deyib.

Niderlanddan dəvət edilmiş beynəlxalq dərəcəli hakim Bakıda çox olduğunu, Azərbaycanı, insanları, burada yarış keçirməyi çox sevdiyini bildirib: "Çətin mübarizə olacaq. Əlimizdən gələni edəcəyik ki, azərbaycanlı hakimlərlə birlikdə bu mötəbər yarışı böyük uğura çevirək. İkinci gündə üzü yuxarı çox çətin yarış gözlənilir. Amma hər şey əla olacaq. Çünki böyük hazırlıqlar görülüb".

Qeyd edək ki, beynəlxalq velotur 9-10 iyulda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi