Efiopiyalı atlet yeni dünya rekordu müəyyənləşdirib

Efiopiyalı atlet yeni dünya rekordu müəyyənləşdirib Efiopiyalı yüngül atlet Qudaf Tseqay Brilyant Liqasının finalında 5 000 metr məsafəyə qaçışda yeni dünya rekordu qırıb.
Fərdi
18 Sentyabr , 2023 01:22
Efiopiyalı atlet yeni dünya rekordu müəyyənləşdirib

Efiopiyalı atlet Qudaf Tseqay Brilyant Liqanın finalında 5 000 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

“Report” xəbər verir ki, yarış Yucine şəhərində (Oreqon ştatı, ABŞ) keçirilib.

O, məsafəni 14 dəqiqə 0,21 saniyəyə qət edərək Brilyant Liqanın qalibi olub. Bundan əvvəlki dünya rekordu da keniyalı Feyt Kipyeqona məxsus olub. O, Monakoda Almaz Liqasında 1 mil (1,609 m) məsafədə dünya rekordu müəyyənləşdirib. İdmançı məsafəni 4 dəqiqə 7,64 saniyəyə qət edib.

Qeyd edək ki, əvvəlki rekord 2019-cu ildə 4 dəqiqə 12,33 saniyə nəticə göstərən niderlandlı Sifan Həsənə məxsus olub.

Tseqayın 26 yaşı var. O, 5 000 metr məsafəyə qaçışda Tokio Olimpiadasının bürünc mükafatçısıdır. Bu il 10 000 metr, ötən il 5 000 metr məsafəyə qaçış üzrə dünya çempionu olub. Efiopiyalı 1 500 metr məsafəyə qaçışda dünya çempionatının gümüş (2022) və bürünc (2019) mükafatçısıdır.

Son xəbərlər

Orphus sistemi