Dünya çempionatı: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayır
Fərdi
- 11 may, 2023
- 05:14
Bu gün Azərbaycanın daha iki cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev və Murad Fətiyevin ilk görüşləri 1/32 final mərhələsinə təsadüf edəcək.
Mehdiyev bu raundda kamerunlu Kevin Budayinlə, Fətiyev isə rumıniyalı Aleks Kretlə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.
Son xəbərlər
04:11
Fidanla ispaniyalı həmkarı arasında telefon danışığı olub
Region03:45
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
Digər ölkələr03:22
Vuçiç: Serbiyada ehtiyatlardan on minlərlə ton neft çıxarılacaq
Digər ölkələr02:48
Tramp Almaniyadakı ABŞ hərbi kontingentini azaltmağı düşünür
Digər ölkələr02:05
Serbiyada Ərdoğanın planlaşdırılan səfəri ilə bağlı komitə yaradılıb
Digər ölkələr01:36
Adanada leysan yağışları daşqına səbəb olub, ölən var
Region01:07
Serbiya XİN: İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib
Digər ölkələr00:58
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
Futbol00:42