Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal qazanıb, digəri finala yüksəlib
Fərdi
- 26 oktyabr, 2023
- 16:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə hindistanlı Nilam Nilama qalib gəlib.
Bu gün mübarizəyə qoşulmuş Jalə Əliyeva (57 kq) isə finala vəsiqə qazanıb.
Əsmər Cankurtaran (53 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyə Sadıqova (72 kq) əvvəlki raundlarda uduzublar.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq), Vaxit Qalayev (125 kq) bürünc mükafata sahib olublar.
Son xəbərlər
02:40
İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
Region
02:26
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
Digər ölkələr
01:57
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
Digər ölkələr
01:53
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
Digər ölkələr
01:34
Tramp: Rusiya və Ukrayna Əbu-Dabi danışıqlarında irəliləyişə nail ola bilər
Digər ölkələr
01:01
Pentaqon kosmosu döyüş əməliyyatları məkanı hesab edir
Digər ölkələr
00:39
Konqresə Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə təqdim edilib
Digər ölkələr
00:20
Rubio ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətlərini müqavilə ilə rəsmiləşdirməsinə şübhə ilə yanaşıb
Digər ölkələr
00:03
Video
Türkiyədə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 17-yə çatıb - Yenilənib-6
Region