Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
- 10 noyabr, 2026
- 01:57
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların münaqişənin başa çatması ilə nəticələnə biləcəyini, lakin Vaşinqtonun zərurət yaranacağı təqdirdə hərbi zərbələri bərpa etməyə hazır olduğunu bildirib.
"Report" xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Onlar bizimlə danışırlar və bunu çox nəzakətlə edirlər. Görək, nəticə necə olacaq. Lakin bütün bunların sona çatması üçün yaxşı imkanlar var", – Tramp bildirib.
Onun sözlərinə görə, münaqişə sürətlə başa çatmağa doğru gedir. Bununla belə, ABŞ müttəfiqlərinin maraqlarını da nəzərə alan uzunmüddətli razılaşmaya nail olmağa çalışır.
Tramp "Reuters" agentliyinə müsahibəsində isə Vaşinqtonun istənilən an İrana yeni zərbələr endirməyə hazır olduğunu vurğulayıb. O, həmçinin Qətər və Səudiyyə Ərəbistanının münaqişənin dinc yolla həllinin tərəfdarı olduğunu qeyd edib.