Azərbaycanın yunan-Roma güləşçisi Laçın Vəliyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 87 kq-da yer alan idmançı finala gedən yolda iranlı Əbülfəzl Əli Çobani ilə qarşılaşıb.
İlk hissənin gedişində ayağından zədə alan Vəliyev yekunda 1:8 hesabı ilə uduzub. O, avqustun 20-də bürünc medal uğrunda mübarizə aparacaq.
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
"Report"un məlumatına görə, 55 kq-da çıxış edən idmançı yarımfinalda ermənistanlı Karapet Manvelyanla qarşılaşıb.
Quluzadə ilk hissədə hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişə bilib. Yekunda 2:1 hesablı qələbə qazanan Azərbaycan təmsilçisi adını həlledici qarşılaşmaya yazdırıb.
Onun finaldakı rəqibi rumıniyalı Denis Florin Mihay olacaq.
Qeyd edək ki, bu gün həmçinin 87 kq-da Laçın Vəliyev yarımfinal görüşünə çıxacaq. O, finala gedən yolda iranlı Əbülfəzl Əli Çobani ilə qarşılaşacaq.