Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında növbəti görüşünə çıxıb.
"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançı qazaxıstanlı Nursultan Tursunovla üz-üzə gəlib.
Rəqibinə uduzan Abbasov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Murad Məmmədov (63), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq) gümüş, sərbəst güləşçilərdən isə Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanıblar. Sənan Süleymanov, Həsrət Cəfərov və Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə ediblər.
Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal uğrunda qarşılaşmaya çıxıb.
"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə bolqarıstanlı Semyon Novikovla üz-üzə gəlib.
Abbasov bu dueldə rəqibinə məğlub olub. O, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün daha bir qarşılaşmada iştirak edəcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Murad Məmmədov (63), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq) gümüş, sərbəst güləşçilərdən isə Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanıblar. Sənan Süleymanov, Həsrət Cəfərov və Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə ediblər.
Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
"Report" xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk təsəlliverici qarşılaşmada Qırğızıstandan olan Azat Salidinovla, daha sonra isə belaruslu Kiril Maskeviçlə dueldən qalib ayrılıb.
Abbasov bürünc medal qazanmaqla yanaşı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.