"O, çətin rəqibdir. Buna heç bir şübhəm yoxdur".
"Report"un məlumatına görə, bunu ABŞ-ın yüngül çəkidə MMA döyüşçüsü Castin Geyci Azərbaycan təmsilçisi Rafael Fiziyevə qarşı keçirəcəyi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib.
35 yaşlı idmançı rəqibin ona meydan oxumasına münasibət bildirib: "Heç vaxt bu görüşün əleyhinə olmamışam. Qarşılaşma əyləncəli olacaq. Döyüşə tam hazıram. Düşünürəm ki, Fiziyev sadəcə həyəcanlandırmağa çalışır. O, bir neçə dəfə mənə meydan oxuyub. Amma mən də daim onun haqqında düşünürəm. Həm də mükəmməl olmaq barədə fikirləşirəm və diqqətimi tam cəmləyirəm. Nə qədər bacarıqlı olduğumu sübut edəcəyəm".
Qeyd edək ki, Rafael Fiziyevlə Castin Geyci arasında döyüş martın 18-dən 19-na keçən gecə İngiltərənin paytaxtı Londonda "UFC-286" turnirində keçiriləcək.