Azərbaycanda keçirilən tədbirdə iştirak etmək bizim üçün böyük şərəf oldu.
"Report"un məlumatına görə, bunu Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) prezidenti Requla Meyer qurumun Bakıda keçirilən ilk Plenar Assambleyası zamanı jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycanda keçirilən tədbirdə iştirak etmək bizim üçün böyük şərəf oldu. Bura gələndən qonaqpərvərlik və mehribanlıqla qarşılandıq. Azərbaycanın mədəniyyəti zəngin, mətbəxi isə heyrətamizdir – hər yemək unudulmaz bir təcrübə idi. Tədbirin uğurla keçməsi və azərbaycanlı tərəfdaşlarımızın peşəkarlığı bizi çox sevindirdi. Gələcəkdə birgə layihələri davam etdirmək imkanlarını səbirsizliklə gözləyirik. ISMF adından bu unudulmaz təcrübəyə görə təşəkkür edir və gələcək əməkdaşlıqları dörd gözlə gözləyirik", - ISMF prezidenti vurğulayıb.
Qeyd edək ki, gələn ilin yanvarında Azərbaycanda xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək.