Beş boksçumuz Boğaziçi turnirində finala yüksəldi

Beş boksçumuz Boğaziçi turnirində finala yüksəldi Boğaziçi turnirində yarımfinal mərhələsi başa çatıb
Fərdi
20 Mart , 2021 10:11
Beş boksçumuz Boğaziçi turnirində finala yüksəldi

Türkiyənin İstanbul şəhərində təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turnirində yarımfinal mərhələsi başa çatıb.

"Report"un Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, həlledici mərhələyə Azərbaycan millisinin 5 boksçusu vəsiqə qazanıb.

Məsud Yusifzadə (52 kq) finala gedən yolda Dəmir Abdıkadiri (Qazaxıstan) 4:1 hesabı ilə məğlub edib. O, qızıl medal üçün qırğızıstanlı Azat Usamaliyevlə döyüşəcək.

Dünya çempionu Cavid Çələbiyev (63 kq) yarımfinalda Bulat Ersultana (Qazaxıstan) 5:0 hesabı ilə qalib gəlib. Çələbiyev finalda türkiyəli Hakan Doğanı sınağa çəkəcək.

Sərxan Əliyev (69 kq) Maksim Molodanla (Ukrayna) yarımfinal qarşılaşmasını 3:2 hesabı ilə qazanıb. Əliyev həlledici döyüşdə Darxan Dusebay (Qazaxıstan) ilə münasibətinə aydınlıq gətirəcək.

Kamran Şahsuvarlı (75 kq) yarımfinalda Omurbek Bekjigitlə (Qırğızıstan) üz-üzə gəlib və 3:2 hesablı qələbə qazanıb. Olimpiya mükafatçısı turnirdəki son qarşılaşmasında Veron Fransisko (Argentina) ilə qüvvəsini sınayacaq.

91 kq-dan yuxarı çəki dərəcəsində yarışan Məhəmməd Abdullayev Mehmetcan İşıka (Türkiyə) heç bir şans verməyib – 5:0. Abdullayev finalda türkiyəli Berat Açarla döyüşəcək.

Onlardan fərqli, Ümid Rüstəmov (57 kq) və Alfonso Dominges (81 kq) mübarizəni yarımfinalda dayandırıblar. Müvafiq olaraq, qırğızıstanlı Uulu Esenbekə və Mehmet Unala (Türkiyə) məğlub olan Azərbaycan təmsilçiləri yarışı bürünc medalla bitiriblər.

Son xəbərlər

Orphus sistemi