Baş məşqçi: Hakimlərin haqsızlığı nəticəsində gümüş medalla kifayətləndik
Fərdi
- 07 noyabr, 2024
- 00:48
Azərbaycanın gənclərdən ibarət milli boks komandasının baş məşqçisi Elbrus Rzayev yetirmələrinin Monteneqroda keçirilmiş dünya birinciliyində finaldakı məğlubiyyətini hakimin haqsız qərarları ilə əlaqələndirib.
Bu barədə yığmanın çalışdırıcısı vətənə qayıtdıqdan sonra “Report”a deyib.
Komandasının nəticələrindən razı qalan baş məşqçi “final döyüşlərinin gərgin keçdiyini” vurğulayıb:
“Özbəkistanlı idmançılara məğlub oldular. Deməzdim, məğlub oldular. Döyüş eyni səviyyədə keçmişdi. Hakimlərin bizə bir balaca haqsızlığı oldu. Ona görə də gümüş medalla kifayətləndik”.
Xatırladaq ki, Monteneqronun Budva şəhərində gənclər arasında keçirilmiş dünya birinciliyində yüksək nəticə əldə etmiş Azərbaycan boksçuları vətənə qayıdıblar.
Son xəbərlər
23:16
ABŞ-nin İsraildəki səfiri: Tramp İranla ziddiyyətlərin sülh yolu ilə həllini istəyir
Digər ölkələr23:02
Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib
Digər ölkələr22:49
"Barselona" La Liqanın 23-cü turunda "Malyorka"nı darmadağın edib
Futbol22:35
Federasiya prezidenti "Böyük Dəbilqə"də medal qazanan cüdoçuları təbrik edib
Fərdi22:32
Uitkoff ilə Kuşner Ərəb dənizindəki "Abraham Lincoln" aviadaşıyıcısında olublar
Digər ölkələr22:19
Netanyahu fevralın 11-də ABŞ-də Trampla görüşəcək
Digər ölkələr22:05
Əlcəzair BƏƏ ilə aviasiya əlaqəsi barədə razılaşmanı ləğv edir
Digər ölkələr21:57
Ceyhun Məmmədov: Uşaqların sosial şəbəkələrdə uyğunsuz materiallara əlçatanlığı cəmiyyəti narahat etməlidir
Elm və təhsil21:43
Video