Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”
- 10 yanvar, 2023
- 11:00
“Analizlər göstərir ki, Azərbaycan cüdosunda hazırda çatışmayan 3 əsas məqam var. Məhz həmin tərəflərimiz zəifdir. Bunun üzərində işləmək lazımdır”.
Bunu “Report”a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bildirib.
Federasiya rəsmisi qeyd edib ki, birinci əsas zəif cəhət tutmalardır: “Bu, cüdoda çox vacibdir. Tutmalarda zəifik. İkincisi, parterdəki güləşimiz ayaqüstə apardığımız mübarizədən çox geri qalır. Amma hər iki cəhətdən bu il ciddi inkişaf gözləyirik. Aşağı yaş qruplarındakı nəticələrdən də görürük ki, artıq iş gedir. Üçüncüsü isə cüdoçularımız bəzən taktiki cəhətdən çox böyük səhvlərə yol verirlər. Lazımsız anda şido xəbərdarlığı alırlar. Durduqları yerdə özlərini çətin vəziyyətə salırlar. Sonra da risk edirlər ki, bu zaman əks fəndə düşmək ehtimalı yüksək olur”.
R.Rəsullu vurğulayıb ki, sadalanan 3 çatışmazlıq bir-biri ilə bağlıdır: “Məsələn, parterdə yaxşı güləşə bilirsinizsə, bundan istifadə edib yerdə dincələ, fiziki gücünüzdən daha səmərəli istifədə edə bilərsiniz”.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.