Azərbaycanın evsahibliyi etdiyi kəmər güləşi üzrə 3-cü Avropa çempionatı ilə bağlı məşqçi və ölkələrin nümayəndə heyətinin iştirakı ilə görüş keçirilib.
“Report”un məlumatına görə, tədbir qitə birinciliyinin təşkil olunduğu Milli Gimnastika Arenasında baş tutub.
Görüşdə yarışın təşkilatçıları olan Gənclər və İdman Nazirliyinin, Beynəlxalq Kəmər Güləşi Federasiyasının, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA), Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri, həmçinin iştirakçı komandaların rəsmiləri iştirak ediblər.
Tədbirdə çıxış edən müxtəlif federasiyaların prezidentləri, nümayəndələri, məşqçiləri və hakimlər təşkilatçılıqdan razılıq bildirib, iştirakçılara uğurlar arzulayıblar.
Qeyd edək ki, bu gün startı verilən Avropa çempionatı oktyabrın 4-dək davam edəcək.