Bakıda təşkil edilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin açılış mərasimi keçirilib

Bakıda təşkil edilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin açılış mərasimi keçirilib Bakıda təşkil edilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin açılış mərasimi keçirilib.
Fərdi
16 Fevral , 2024 16:44
Bakıda təşkil edilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin açılış mərasimi keçirilib

Bakıda təşkil edilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, tədbir Milli Gimnastika Arenasında baş tutub.

Mərasimdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti (IJF) Marius Vizer iştirak ediblər.

Komandaların paradından sonra rəsmilər fikirlərini bildiriblər. Mariana Vasileva hökumət tərəfindən göstərilən diqqət və qayğı sayəsində Azərbaycanda idmanın inkişaf etdiyini bildirib: "Böyük Dəbilqə" olimpiadada iştirak edəcək idmançılar üçün çox mühümdür. İdmançılara uğurlar arzulayıram".

Rəşad Nəbiyev çıxışında qonaqları salamlayıb: "Yay Olimpiya Oyunları yaxınlaşdıqca idmançılar beynəlxalq turnirlərdə qüvvələrini sınayırlar. Azərbaycan cüdoçularına doğma arenadakı turnirdə uğurlar arzulayıram. Son iki il ərzində Azərbaycanda cüdo ilə məşğul olan oğlan və qızların sayı təxminən iki dəfə artıb. Cüdoçularımız beynəlxalq arenada uğurlu nəticələr göstərirlər. Bunun davamını gətirəcəklərinə inanıram".

Marius Vizer isə Azərbaycandakı turnirin yüksək səviyyədə təşkil olunacağına əmin olduğunu söyləyib: "Azərbaycan cüdo ictimaiyyətinə təbrikimi çatdırıram. Burada yeni yaradılan Cüdo Mərkəzi Beynəlxalq Cüdo Federasiyası tərəfindən xoş qarşılandı. Bu məkanın cüdoçuların inkişafına töhfə verəcəyinə inanıram".

Sonda Azərbaycanın Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səslənib.

Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 18-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi