Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq ölkələrin sayı müəyyənləşib.
“Report”un Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən məlumatına görə, apreldə baş tutacaq yarışa maraq kifayət qədər böyükdür.
Belə ki, ev sahibi Azərbaycan millisi də daxil olmaqla, Dünya Kubokunda 46 komandanın gimnastları qüvvələrini sınayacaqlar. Andorra, Anqola, Avstraliya, Avstriya, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Misir, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, Hindistan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Meksika, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Çin, Polşa, Cənubi Koreya, Moldova, Rumıniya, Serbiya, Sloveniya, Cənubi Afrika, İspaniya, Tailand, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistan yığmaları Dünya Kubokunda iştirak üçün Azərbaycana gələcəklər.
Qeyd edək ki, turnir aprelin 19-21-də Milli Gimnastika Arenasında təşkil olunacaq.