Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda 33 ölkə iştirak edəcək.
“Report”un Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən məlumatına görə, yarış fevralın 23-25-i aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.
Dünya Kubokunda Azərbaycan millisi ilə yanaşı, Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Kolumbiya, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, İrlandiya, İtaliya, Yaponiya, Qazaxıstan, Latviya, Meksika, Niderland, Yeni Zelandiya, Çin, Polşa, Portuqaliya, Cənubi Afrika, İspaniya, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistan gimnastları mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.