Bakıda "Formula 1"ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq

Bakıda "Formula 1"ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq Builki "Formula 1" yarışlarına hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) Abşeron Mariott otelinə (Neftçilər prospekti və Puşkin küçə
Fərdi
8 May , 2022 16:16
Bakıda Formula 1ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Neftçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) "Abşeron Mariott" otelinədək (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) hissəsində hərəkət məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edib.

Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edib, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyib.

Son xəbərlər

Orphus sistemi