Bakıda dünya çempionu olan atıcı: “Yarışla bağlı hər şey yüksək səviyyədə təşkil olunub” - MÜSAHİBƏ

Bakıda dünya çempionu olan atıcı: “Yarışla bağlı hər şey yüksək səviyyədə təşkil olunub” - MÜSAHİBƏ Bakıda keçirilən dünya çempionatında kişilər arasında pnevmatik tüfəngdən 50 metr məsafəyə 3 mövqedən atəşaçma yarışında qızıl medal qazanan Avstriya təmsilçisi Aleksander Şmirl mükafatlandırma mərasimindən sonra fikirlərini bildirib.
Fərdi
20 Avqust , 2023 18:23
Bakıda dünya çempionu olan atıcı: “Yarışla bağlı hər şey yüksək səviyyədə təşkil olunub” - MÜSAHİBƏ

Bakıda keçirilən dünya çempionatında kişilər arasında pnevmatik tüfəngdən 50 metr məsafəyə 3 mövqedən atəşaçma yarışında qızıl medal qazanan Avstriya təmsilçisi Aleksander Şmirl mükafatlandırma mərasimindən sonra fikirlərini bildirib.

33 yaşlı atlet “Report”a müsahibəsində əvvəlcə təəssüratlarını bölüşüb: “Mənim üçün çox gözəl gündür. Təsnifat mərhələsində istəyimə nail olub, finala vəsiqə qazandım. Medallar uğrunda mübarizə aparan 8 idmançının hər biri çox güclü və peşəkar idi. Bütün diqqətimi yarışa və öz çıxışıma yönəldə bildim. Nəticədə istəyimə nail olaraq, qızıl medal qazandım.

- Bu, Azərbaycana neçənci səfərinizdir və təəssüratlarınız necədir?
- Bura 8-ci gəlişimdir. Azərbaycanda ilk dəfə 10 il əvvəl olmuşam. Hər gəlişimdə paytaxtınızda dəyişiklikləri görürəm. Bakı zaman keçdikcə daha da gözəlləşir. Yarışla bağlı hər şey yüksək səviyyədə təşkil olunub. Bakı Atıcılıq Mərkəzi mükəmməldir. Burada yarışmaq xoşuma gəlir.

- Qızıl medalı kimə həsr edirsiniz?
- Bu medalı məni dəstəkləyən, yanımda olan və ən çətin anımda qələbəyə səsləyən hər kəsə həsr edirəm.

- Təsnifat mərhələsində dəqiq atışlarla yadda qaldınız. Finalda da eyni formada çıxış etdiniz. Bu, nadir hallarda olur. Adətən fərqli nəticələr qeydə alınır. Buna necə nail oldunuz?
- Haqlısınız, mən təsnifatda yaxşı çıxış etdim. Bundan sonra final üçün diqqətimi toparlamağa çalışdım. Əsas mərhələ çox da çətin olmadı. Çünki startdan yaxşı xal topladım və sona qədər bu cür davam etdim.

- Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandınız. Bu barədə nə düşünürsünüz?
- Əvvəlki illərdə olimpiadalara qatılmaq yönündə şanssızlıq yaşamışdım. Buna görə lisenziya qazanmamışdım. Çox şadam ki, Paris-2024-də iştirak edə biləcəyəm. Amma mənə görə ən böyük nailiyyət dünya çempionu olmaqdır.

Son xəbərlər

Orphus sistemi