Bakıda beynəlxalq gimnastika yarışlarının keçirilməsinə icazə verildi

Bakıda beynəlxalq gimnastika yarışlarının keçirilməsinə icazə verildi Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi edəcək
Fərdi
121
13 Aprel , 2021 23:11
Bakıda beynəlxalq gimnastika yarışlarının keçirilməsinə icazə verildi

Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi edəcək.

Azərbaycan Gimnastika Federasiyasından "Report"a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə pandemiya səbəbindən təxirə salınmış və bu ilin mayında keçirilməsi gözlənilən yarışların əhəmiyyəti nəzərə alınaraq tədbirlərin təşkilinə icazə verilib.

Sözügedən yarışlar Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7 - 9 may), aerobika gimnastikası üzrə Yaş Qrupları Yarışları (21 - 23 may) və bu növ üzrə Dünya Çempionatıdır (27 - 29 may).

Sadalanan turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi