Yuxarı
    Bağlamaq

    ​Bakı Şəhər Halqası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ilə anlaşma memorandumu imzalayıb

    Mərasimə Azad Rəhimovla Mikayıl Cabbarov qatılıb

    Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakı Şəhər Əməliyyat Şirkəti Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalayıb. "Report"un məlumatına görə, mərasim gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə Avropa Qran Prisinin Könüllülər Mərkəzində baş tutub.

    Anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar bir sıra birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Anlaşmanın şərtlərinə əsasən, Bakı və Sumqayıt şəhərlərində yerləşən ali təhsil müəssələrində "Bir" Tələbə-Könüllü Proqramı tərəfindən Avropa Qran Prisinin Könüllülük Proqramı təqdim olunacaq və Formula 1 Avropa Qran Prisində iştirak etmək üçün tələbə-könüllülər cəlb olunacaq.

    Qran Pri üçün ümumilikdə 5 min könüllü cəlb olunacaq. İndiyədək 12 mindən çox könüllü qeydiyyata alınıb və onlardan 4 mini müsahibədən keçib.

    Qeyd edək ki, Formula 1 Avropa Qran Prisi 17-19 iyunda Bakıda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi