Azərbaycanlı dünya çempionu: Taktikanı dəyişmədim, plana sadiq qaldım

Azərbaycanlı dünya çempionu: Taktikanı dəyişmədim, plana sadiq qaldım Rəqiblərimin mənimlə görüşlərə hazırlaşdıqlarını hiss edirdim. Buna baxmayaraq heç bir taktikanı dəyişmədim. Plana sadiq qaldım.
Fərdi
22 Avqust , 2024 12:12
Azərbaycanlı dünya çempionu: Taktikanı dəyişmədim, plana sadiq qaldım

Rəqiblərimin mənimlə görüşlərə hazırlaşdıqlarını hiss edirdim. Buna baxmayaraq, heç bir taktikanı dəyişmədim, plana sadiq qaldım.

"Report" xəbər verir ki, bunu İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov (51 kq) Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.

İdmançı artıq ikiqat Avropa və ikiqat dünya çempionu (hər ikisi U-17) olduğunu xatırladıb:

"Eyni nəticəni U-20 səviyyəsində də əldə etməyi planlaşdırıram. Mənim üçün ən çətin final qarşılaşması idi. İlk hissədə 1:3 hesabı ilə geridə idim. Amma sonra özümü toparlaya bildim, hesabı bərabərləşdirdim və sonda qalib gəldim. Ən vacib olan da bu idi".

Qeyd edək ki, yunan-Roma güləşçilərindən Ayxan Cavadov (60 kq) qızıl, Əmrah Əmrahov (48 kq) isə bürünc mükafata sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi