Azərbaycanın yunan-Roma güləşi üzrə yığması dünya ikincisi olub
Fərdi
- 04 avqust, 2019
- 21:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatına yekun vurulub.
"Report"un məlumatına görə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası ümumi komanda hesabında ikinci yeri tutub.
Sofiyaya yollanan 8 güləşçidən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) dünya çempionu olub. Ziya Babaşovla (48 kq) Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürünc medal qazanıb.
Beləliklə, 123 xal toplayan Azərbaycan millisi yalnız 148 xalı olan İrandan geri qalıb. Rusiya isə 99 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, daha iki medalı sərbəst güləşçilər əldə edib. Cəbrayıl Hacıyev (65 kq) qızıl, Murad Haqverdiyev (45 kq) bürünc medala sahib olub.
Son xəbərlər
04:38
Rusiya Baş nazirinin müavini ölkədə benzin qıtlığı ilə bağlı vəziyyəti gərgin adlandırıb
Region
04:31
Aİ Arktikada ABŞ və Rusiyaya qarşı mübarizə üçün proqrama başlamaq niyyətindədir
Digər ölkələr
03:23
KXDR yeni süni intellektə əsaslanan torpedasını sınaqdan keçirib
Digər ölkələr
03:17
CENCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
Digər ölkələr
02:54
Hindistanda süni intellekt agentləri bir neçə şirkətin sistemlərinə haker hücumu ediblər
İKT
02:38
NYT: Ağ Evin mətbuat katibi beş günlük işdən sonra vəzifəsindən çıxarılıb
Digər ölkələr
02:18
AK 2027-ci ildə Ukrayna üçün əlavə maliyyələşdirmə təklifləri hazırlayacaq
Digər ölkələr
02:10
Tramp Ağ Evin mətbuat katibinin işdən çıxarılmasını təsdiqləyib
Digər ölkələr
01:50
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 20 nəfər həbs olunub
Region