Azərbaycanın yunan-Roma güləşçisi İstanbulda gümüş medal qazanıb

Fərdi
  • 21 iyun, 2023
  • 17:26
Azərbaycanın yunan-Roma güləşçisi İstanbulda gümüş medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində medal qazanıb.

"Report"un məlumatına görə, 97 kq-da çıxış edən idmançı ənənəvi yarışın ilk günündə xalça üzərinə çıxıb. Yalnız finalda uduzan güləşçi ikinci yeri tutub.

Qeyd edək ki, iyunun 22-də Azərbaycan millisinin daha 5 üzvü mübarizə aparacaq.