Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyada üç medal qazanıblar
Fərdi
- 25 sentyabr, 2024
- 12:39
Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Tümen şəhərində keçirilən beynəlxalq turnirdə üç medal qazanıblar.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Eldəniz Əzizli (60 kq) və Ülvi Qənizadə (72 kq) finala vəsiqə qazanıblar. Onlar həlledici görüşə çıxmadıqları üçün gümüş mükafatla kifayətləniblər. Qurban Qurbanov (82 kq) isə bürünc medala sahib çıxıb.
Dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil olunan turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib. Mükafatlar uğrunda Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları mübarizə aparıblar.
Son xəbərlər
22:30
İsrail Livanın cənubuna zərbə endirib
Digər ölkələr22:18
İranın XİN rəhbəri və Rafael Qrossi ABŞ ilə nüvə danışıqlarını müzakirə ediblər
Digər ölkələr22:15
Kobaxidze: Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin bərpasını müzakirə etməyib
Region22:09
Abbas Əraqçi Cenevrədə BQXK-nın prezidenti ilə görüşüb
Digər ölkələr22:06
Gürcüstandan bu il 4000-ə qədər qanunsuz miqrantın deportasiyası planlaşdırılır
Region21:53
Foto
Azərbaycanla Mərakeş arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Elm və təhsil21:50
Banqladeşin müvəqqəti hökuməti istefa verib
Digər ölkələr21:38
ABŞ və Qətər strateji münasibətlərin inkişafını müzakirə ediblər
Digər ölkələr21:25