Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər Antalyada təşkil olunan turnirdə 10 idmançımız bacarığını göstərəcək
Fərdi
18 Mart , 2023 14:10
Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyədə keçiriləcək “Pro-Tur” yarışında mübarizə aparacaq.

Federasiyadan "Report"a verilən məlumata görə, Antalyada təşkil olunan turnirdə 10 idmançı bacarığını göstərəcək.

Martın 19-dan 22-dək qadınlar etimadı doğrultmağa çalışacaqlar. Baş məşqçi Fərhad İsmayılov, Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənəcək.

Oğlanlardan isə Antalya sınaqlarına martın 22-də qatılacaqlar. Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadə mükafatlar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov turnirin oyunlarını idarə edəcəklər.

Son xəbərlər

Orphus sistemi