Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib
Fərdi
- 02 sentyabr, 2025
- 13:14
Azərbaycanın paralimpiya çempionu Şəhanə Hacıyevaya Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, dövlət qulluqçusu FHN-nin Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Şəhanə Hacıyeva (48 kq) 2021-ci ildə keçirilmiş Tokio Yay Paralimpiya Oyunlarında cüdo yarışında qızıl medal əldə edib. Əməkdar idman ustası Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Son xəbərlər
18:00
Macarıstan Azərbaycanda "yaşıl enerji" sahəsinə maraq göstərir
Energetika17:58
Belçika polisi Brüsseldə Avropa Komissiyasının ofislərində axtarışlar aparıb
Digər ölkələr17:51
Nazir: "Şimali Makedoniya Aİ proqramları çərçivəsində Azərbaycanla birgə layihələrə açıqdır"
İKT17:50
Özbəkistanda azərbaycanlı repressiya qurbanı İsgəndər bəy Sultanov haqqında film çəkilib
İncəsənət17:48
Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək - SARI XƏBƏRDARLIQ
Ekologiya17:48
Overçuk: Rusiya Ermənistanda Azərbaycan və Türkiyəyə çıxışı olan dəmir yolu sahələrini bərpa edəcək
Region17:44
Vilayət rəhbəri: Müharibə başlayandan Kiyev vilayətində 30 mindən çox obyekt dağıdılıb
Digər ölkələr17:43
Səfir: Azərbaycan beynəlxalq forumların keçirilməsinə dair təcrübəsini bölüşməyə hazırdır
Xarici siyasət17:36
Foto