Azərbaycanın olimpiya çempionlarının Fransadakı turnirə qatılmamalarının səbəbi bəlli olub
Fərdi
- 04 fevral, 2026
- 11:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın olimpiya çempionu olan cüdoçuları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirinə qatılmamasının səbəbi müəyyənləşib.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə millinin baş məşqçisi Riçard Trautman qərar qəbul edib.
Alman mütəxəssis sözügedən idmançıları ilin ilk "Böyük Dəbilqə" yarışı üçün heyətə daxil etməyi məqsədəuyğun saymayıb.
Azərbaycanı fevralın 7-8-də keçiriləcək turnirdə 8 cüdoçu təmsil edəcək.
Xatırladaq ki, Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olublar.
Son xəbərlər
22:36
Abşeronda güclü külək hasarı avtomobillərin üzərinə aşırıb
Hadisə
22:21
Video
Sumqayıtda güclü külək elektrik dirəyini aşırıb, yaşayış massivi işıqsız qalıb
Hadisə
22:00
Video
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Daxili siyasət
21:55
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
İKT
21:51
Rusiya ABŞ-nin nüvə sınaqlarının bərpasına cavab verəcək
Region
21:24
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
Digər ölkələr
21:23
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, bəzi ərazilərə qar yağıb – Faktiki hava - Yenilənib
Ekologiya
21:00
AP: NATO Albaniya sammitini ləğv edir və liderlər səviyyəsində görüşləri azaldır
Digər ölkələr
20:44
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Biznes