Azərbaycan boksçuları Bolqarıstandakı turnirdə 1/4 finala yüksəliblər

Azərbaycan boksçuları Bolqarıstandakı turnirdə 1/4 finala yüksəliblər Azərbaycanı Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında keçirilən Avropa çempionatında təmsil edən Ruslan Qədirov və Fərhad Şeydayev 1/4 finala yüksəlib.
Fərdi
13 Oktyabr , 2024 22:28
Azərbaycan boksçuları Bolqarıstandakı turnirdə 1/4 finala yüksəliblər

Azərbaycanı Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında keçirilən Avropa çempionatında təmsil edən Ruslan Qədirov və Fərhad Şeydayev 1/4 finala yüksəliblər.

Boks Federasiyasından "Report"a verilən məlumata görə, 60 kq çəkidə mübarizə aparan R.Qədirov 1/8 finalda Stefan Samoviçi (Serbiya) 5:0 (29:27, 28*:28, 28*:28, 28*:28, 28*:28) hesabı ilə məğlub edib.

Onun bu mərhələdə rəqibi bolqarıstanlı Radoslav Rosenov olacaq.

F.Şeydayev (75 kq) də 1/8 final qarşılaşmasından üstün ayrılıb. Boksçu Çadi Baraiaya (Fransa) 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Şeydayev 1/4 final görüşündə Alan Perrie (Şotlandiya) ilə gücünü yoxlayacaq.

Hər iki idmançı növbəti döyüşünü oktyabrın 16-da keçirəcək.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 20-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi