Azərbaycan sentyabrda "OPEC+" kvotasından gündəlik 103 min barel geri qalıb

Energetika
  • 13 oktyabr, 2026
  • 16:25
Azərbaycan sentyabrda OPEC+ kvotasından gündəlik 103 min barel geri qalıb

Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 448 min barel təşkil edib.

"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı avqust ayı ilə müqayisədə 6 min barel çox olub.

Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, sentyabrda faktiki hasilat 103 min barel geriləyib.

Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 454 min barel təşkil edib. İkinci rübdə isə bu rəqəm 456 min barel olub. Bu ilin üçüncü rübündə isə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 449 min barel təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 466 min barel, ikinci rübündə 461 min barel, üçüncü rübdə 459 min barel, dördüncü rübdə isə 458 min barel təşkil edib.

2025-ci ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 461 min barel olub.

44 - Tezliklə